• Bakı 29° C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 1.9589

    RUB - 2.334

Tanınmaz hala düşən məşhurlar: Ən çox bıçaq altına yatan müğənnilər

ŞOU

19 Iyun 2026 | 12:38

Tanınmaz hala düşən məşhurlar: Ən çox bıçaq altına yatan müğənnilər

Azərbaycan şou-biznesində plastik əməliyyat etdirən müğənnilər çoxdur. Ancaq bunu etiraf edənlər elə də çox deyil. Kimisi bunu açıqlamağı özünə ar bilir, kimisi isə “özümü yığdırmağa iki evin pulunu vermişəm” deyir. Hətta bəzilərinin bir neçə il fərqlə çəkilmiş şəkillərinə baxsaq, aralarında oxşarlıq belə yoxdur.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycanda ilk dəfə burnunda əməliyyat mərhum Xalq artisti Əminə Yusifqızı olub. İlk plastik əməliyyata müraciət edən kişi sənətçilərdən biri, bəlkə də birincisi isə rəhmətlik müğənni-bəstəkar Rəhim Rəhimlidir. O, illər öncə burun əməliyyatı keçirib.  

Məhz “bu gün dünyaya meydan oxuyan Putin də estetik əməliyyat etdirib, mən kimdən əksikəm?” deyənlər də var.

Bəs, bu gün şou-biznesimizdə ən çox əməliyyat edən müğənnilər kimlərdir?

Xalq artisti Aygün Kazımova - dodaqlarında və burnunda saysız-hesabsız əməliyyatlar keçirib: qabırğalardan ikisini çıxartdırıb, təkcə burnunu üç dəfə əməliyyatla düzəltdirib, bir neçə dəfə sinəsinin və dodaqlarında dəyişikliklər olunub və liposaksiya etdirib. Ən çox da müdaxilələr dodaqlarına olunub. Hətta o, əməliyyatlarının birini “Tez gəl” adlı mahnısına çəkilmiş klipində lentə aldırıb. Müğənni bütün əməliyyatları barəsində mətbuata açıqlamalar verib.

Xalq artisti Röya Ayxan da ən çox estetik əməliyyat etdirən sənətçilər sırasındadır. O, müsahibələrində dəfələrlə bu barədə danışıb. Bildirib ki, “iki evin pulunu vermişəm özümü yığdırmağa, yenə deyirəm, nə gündəyəm?!”. 

Müğənni Rəqsanə İsmayılova - 10 dəfədən çox əməliyyat masasına uzanıb. Bədəninin müxtəlif yerlərini korreksiya etdirib, o cümlədən üzündə də estetik əməliyyatlar aparıb. Rəqsanə hər keçirdiyi əməliyyat haqqında mətbuatı məlumatlandırıb.

Müğənni Samir Bağırov da estetik əməliyyat keçirdiyini mətbuatdan gizlətməyib. Özünün  də etiraf etdiyi kimi sənətçi üzündə, bədəninin bir neçə yerində əməliyyat keçirib.

Hər zaman esettik əməliyyatlarından danışmaqdan imtina edən Xalq Artisti Faiq Ağayev də üzünə müdaxilələr edən məşhurlardandır. O, estetik prosedurlarını qaşlarına, burnuna və gözlərinə tətbiq edib. Hətta mediada yayılan məlumatlara görə, müğənni sinə və qollarına silikon etdirib. 

Nazənin Salayeva keçmişdən bu yana bir neçə məşhur estetik prosedur və plastik əməliyyat keçirib. Müğənni əməliyyatla 20 yaş gəncləşib. İfaçı qeyd edir ki, efir mühiti gözəllik tələb etdiyi üçün estetikaya qarşı deyil. 
Onun etdirdiyi əsas müdaxilələr bunlardır: Üz gəncləşdirmə, kök hüceyrə proseduru, buxaq və qarıngərmə, burun əməliyyatı. 

Əməkdar artist Mətanət İsgəndərli xeyli çəki itirdikdən sonra gəncləşmək məqsədilə bir neçə estetik əməliyyat keçirib. O, əvvəlcə mədəsini kiçildərək arıqlayıb, daha sonra isə üz və boyun gərmə, qaş qaldırma əməliyyatları etdirib. Əməliyyatların uğurlu alındığını bildirən müğənni, sonradan özünə inamının xeyli artdığını qeyd edib. 

Əməkdar artist yenidən plastik əməliyyat etdirəcək. O bildirib ki, əməliyyatdan sonra özgüvəni artıb:

"Həkimlər gözəlliyimi mənə qaytardılar. Yenə gedəcəyəm plastik əməliyyata".

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müğənniAzəri qızı Günel (Günel Zeynalova) illər içində keçirdiyi estetik dəyişikliklərlə tez-tez gündəmə gəlir. İfaçı özü dəfələrlə plastik əməliyyatlarla bağlı açıqlamalar verib və tənqidlərə cavablar səsləndirib. Günel üzdə plastik əməliyyat keçirməsi ilə bağlı iddiaları qəbul etməyib və yalnız rinoplastika əməliyyatı və kiçik kosmetik prosedurlar etdirdiyini bildirib.

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyun 2026