• Bakı 29° C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 1.9589

    RUB - 2.334

IsDB Bakıdakı toplantılarında 6 milyard dollarlıq sazişlər imzalayıb

SİYASƏT

19 Iyun 2026 | 16:03

IsDB Bakıdakı toplantılarında 6 milyard dollarlıq sazişlər imzalayıb

İslam İnkişaf Bankı (IsDB) Qrupu Bakıda keçirilən 51-ci illik toplantılarında 10 üzv ölkə, bir neçə regional institut və özəl sektor şirkətləri ilə ümumi məbləği 6 milyard ABŞ dolları olan 67 saziş imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Qrupun Prezidenti Məhəmməd Əl-Casir toplantıların yekun mətbuat konfransında bildirib.

"Bu sazişlər kritik əhəmiyyət kəsb edən sektorlara yönəlib və vahid, mütəşəkkil IsDB qrupu olaraq inkişaf sahəsində yüksək səmərəli həllər təqdim etmək üçün sarsılmaz qətiyyətimizi təsdiqləyir", - o bildirib.

Onun sözlərinə görə, bundan əlavə, IsDB 9 transformasiya layihəsi üçün yeni maliyyələşdirmə şəklində 2,8 milyard ABŞ dollar ayrılmasını təsdiqləyib. "Bu layihələr 9 üzv ölkədə qarşılıqlı əlaqələri, enerji təhlükəsizliyini, ərzaq sistemlərini, iqlimə davamlılığı yaxşılaşdırmağa və dayanıqlı inkişaf sahəsində bir çox məqsədlərə nail olmağa imkan verəcək", - Əl-Casser əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyun 2026