Yaponiyanın paytaxtı Tokionun Kita rayonunda bələdiyyəyə məxsus ibtidai məktəbdə baş verən yanğın nəticəsində on nəfər xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə polisə istinadən "Kyodo" agentliyi məlumat yayıb.
İlkin ehtimala görə yanğın binanın dördüncü mərtəbəsində yerləşən musiqi otağında başlayıb. Xilasedicilər binadan dörd nəfəri çıxarıblar. Məktəbin digər şagirdləri və işçiləri isə vaxtında təxliyə edilib. Hadisə nəticəsində azı səkkiz məktəbli və iki müəllim zərər çəkib. Onlar tüstüdən zəhərlənsələr də, həyatları üçün heç bir təhlükə yoxdur. Alovun söndürülməsi üçün hadisə yerinə 65-dən çox yanğınsöndürən avtomobil və digər xüsusi texnika cəlb olunub.
Məktəbin rəsmi saytında dərc olunan məlumata əsasən, cari tədris ilində burada 337 şagird təhsil alıb.
Bakı 



