ABŞ Prezidenti Donald Tramp İranı hərbi cəhətdən tamamilə məğlub etdiklərini və bu müharibədən sonra güc tətbiq etmək səlahiyyətinin "məhdudiyyəti" olmadığını iddia edib.
Bakıvaxtı.az-ın məlumatına görə, Amerika xəbər portalı “Axios”a verdiyi müsahibədə Tramp İranla müqavilədən sonra siyasi gücünü qiymətləndirib.
İranla müharibədən sonra prezident kimi güc tətbiq etmək səlahiyyətinin məhdudiyyətləri barədə nə düşündüyü sualına cavab verən Tramp "Heç bir məhdudiyyət yoxdur. Bu istiqamətdə dərs çıxarmamışam. Bilirəm ki, məhdudiyyətlər var, amma burada heç bir məhdudiyyət yoxdur" deyib.
Tramp İranı hərbi cəhətdən tamamilə məğlub etdiklərini və ABŞ ordusunun dünyanın ən güclü ordusu olduğunu iddia edib:
"Başqa kim belə bir blokada tətbiq edə bilərdi? Mən heç bir gəminin keçə bilmədiyi bir dəniz blokadası tətbiq etdim. Bəziləri cəhd etdi. Onlar uğursuz oldular".
ABŞ-İran anlaşma memorandumu Tehrandan tələb olunan "qeyd-şərtsiz təslim" mənasını verirmi?
Trampın suala cavabı belə olub:
"Yəqin ki, bu, həqiqətən də qeyd-şərtsiz təslim idi".
Murad Məmmədli
Bakı 



