• Bakı 29° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9589

    RUB - 2.334

Flora Kərimovanın evə buraxılacağı VAXT MƏLUM OLDU

MƏDƏNİYYƏT

19 Iyun 2026 | 11:24

Flora Kərimovanın evə buraxılacağı VAXT MƏLUM OLDU

"Flora xanım özünü çox yaxşı hiss edir, sabah evə buraxılacaq".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında Xalq artisti Flora Kərimovanın köməkçisi Yaqut İmanova məlumat verib.

Onun sözlərinə görə, Flora Kərimovanın səhhəti hazırda qənaətbəxşdir:

"Onun vəziyyəti çox yaxşıdır. Danışır, gülür, əhvalı yerindədir. Sabah günün ikinci yarısında onu xəstəxanadan evə aparacağıq. Maraqlanan, zəng edən və diqqət göstərən hər kəsə təşəkkür edirik", - deyə Y. İmanova bildirib.

Qeyd edək ki, F.Kərimova səhhətində yaranan narahatlıq səbəbindən bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyun 2026