• Bakı 17° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

Sümük travmalarında yaş faktorunun rolu

CƏMİYYƏT

20 May 2026 | 15:21

Sümük travmalarında yaş faktorunun rolu

Sümük travmalarının sağalma sürəti və gedişatı yaşa birbaşa bağlıdır.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin Səhiyyə Nazirliyi rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş direktorunun müavini, baş həkim Nizami Məmmədov məlumat verib.

Onun sözlərinə görə, uşaqlarda sümük toxuması daha aktiv olduğundan qan dövranı güclü, hüceyrə yenilənməsi sürətli olur və nəticədə sınıqlar daha qısa müddətdə sağalır.

“Yaş artdıqca sümüklərin bərpa qabiliyyəti zəifləyir. Uşaqlarda daha çox natamam sınıqlar və sümüyün əyilməsi halları müşahidə olunur. Xüsusilə ‘yaşıl budaq’ tipli sınıqlar uşaqlara xasdır. Bu zaman sümük tam qırılmır, sadəcə çatlayır”, – deyə mütəxəssis bildirib.

N. Məmmədov qeyd edib ki, böyüklərdə sümüklər daha sərt və kövrək olduğundan tam sınıqlar daha çox rast gəlinir və sağalma prosesi daha uzun çəkir. Bu halda immobilizasiya, fizioterapiya və bəzi hallarda cərrahi müdaxilə tələb oluna bilər.

Mütəxəssis əlavə edib ki, uşaqlarda sümük uclarında yerləşən “böyümə qığırdaqları” zədələndikdə gələcəkdə əyrilik və inkişaf pozğunluqları yarana bilər. Buna görə də bu tip travmalar xüsusi nəzarət tələb edir.

Onun sözlərinə görə, 40–50 yaşdan sonra, xüsusilə qadınlarda menopauza dövründə sümük sıxlığının azalması və osteoporoz riski sınıqların daha asan yaranmasına və gec sağalmasına səbəb olur.

Bununla belə, mütəxəssis vurğulayıb ki, düzgün qidalanma, kalsium və D vitamini qəbulu, siqaretdən imtina, fiziki aktivlik və həkim nəzarəti sümük sağalmasını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Aynur Babazadə 


SON XƏBƏRLƏR

20 May 2026