• Bakı 17° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

Sandra Karvao: Turizm gənclər üçün iş imkanları yaradır

WUF13

20 May 2026 | 14:45

Sandra Karvao: Turizm gənclər üçün iş imkanları yaradır

Turizm mədəni irsin qorunması ilə yanaşı, məşğulluq və sahibkarlığın inkişafı üçün də mühüm imkanlar yaradır.

Bakıvaxtı.az xəbər verir ki, bunu BMT Turizm Təşkilatının (UN Tourism) Bazar Kəşfiyyatı, Siyasətlər və Rəqabətqabiliyyətlilik üzrə direktoru Sandra Karvao WUF13 çərçivəsində keçirilən “Mədəni irsə yeni baxış və inklüziv şəhər yenilənməsi” adlı xüsusi sessiyada bildirib.

Onun sözlərinə görə, turizm şəhərlərin regenerasiyasında balanslı şəkildə qiymətləndirilməlidir:

“Turizm şəhərlərin mədəni baxımdan yenilənməsinə töhfə verməklə yanaşı, xüsusilə gənclər üçün yeni iş imkanları yarada bilər. Turizm gənclər üçün giriş nöqtəsi olmaqla bərabər, sahibkarlıq və yaradıcılıq sənayeləri ilə də sıx bağlıdır”.

S. Karvao əlavə edib ki, turizm gənclərin məşğulluğu, sahibkarlıq və mədəni-kreativ sənayelərlə birbaşa əlaqəlidir və bu mövzu gələcək müzakirələrdə daha da dərindən araşdırılmalıdır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

20 May 2026