• Bakı 17° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlarda açıq tipli vaqonlar olmayacaq

CƏMİYYƏT

20 May 2026 | 18:10

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlarda açıq tipli vaqonlar olmayacaq

Mayın 26-dan fəaliyyətə başlayacaq Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlarda açıq tipli (plaskart) vaqonlar olmayacaq.

Bu barədə Bakıvaxtı.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Qeyd edilib ki, sərnişinlərə komfort, komfort+ və lüks sinifləri üzrə xidmət təqdim olunacaq. Gedişhaqqı məsafədən asılı olaraq komfort sinfi üzrə 51 manatdan başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gedişhaqqı 81 manat, Yevlaxdan 67 manat, Gəncədən 62 manat, Ağstafadan isə 57 manatdır. Böyük Kəsikdən Qardabani stansiyasına isə 51 manat təşkil edir.

Digər siniflər üzrə qiymətlər də tezliklə açıqlanacaq.


SON XƏBƏRLƏR

20 May 2026