• Bakı 20° C

    3.61 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

Villanın zirzəmisindən 350 kiloqram qızıl tapıldı

DÜNYA

20 May 2026 | 19:42

Villanın zirzəmisindən 350 kiloqram qızıl tapıldı

Türkiyənin "İstanbul Altın Rafinerisi A.Ş." şirkəti ilə bağlı aparılan istintaq çərçivəsində Bakırköyün Florya səmtində yerləşən villanın zirzəmisində 350 kiloqram qızıl aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, qızılın dəyərinin təxminən 2 milyard 330 milyon lirə olduğu bildirilir.

İddianaməyə əsasən, qızılların şirkətin anbarından çıxarılaraq villa zirzəmisinə daşındığı müəyyən edilib. Şirkət rəhbərliyi isə həmin qızılların "ailə mirası" olduğunu iddia edib.

Türkiyə prokurorluğu məsələ ilə bağlı çirkli pulların yuyulması, saxta ixrac və dövlətə qarşı dələduzluq ittihamları üzrə araşdırmaları davam etdirir. (Bizim.Media)


SON XƏBƏRLƏR

20 May 2026