Luvr Muzeyinin direktoru Kristof Leribolt məşhur Fransa muzeyinin hazırda böhran vəziyyətində olduğunu bildirib.
Bakıvaxtı.az "France 24"ə istinadən xəbər verir ki, 2025-ci ilin oktyabr ayında Luvr muzeyinin kral zinət əşyalarının oğurlanması muzeyin təhlükəsizlik sahəsindəki çatışmazlıqlarını və yeniləmə işlərinin gecikməsini üzə çıxarıb.
Luvr Muzeyinin direktoru Luvrun avadanlıqlarını yeniləmək və təmir etmək üçün böyük investisiyalara ehtiyac olduğunu açıqlayıb:
"Muzeyin avadanlıqları və infrastrukturu istifadə müddətinin sonuna yaxınlaşır. "Luvr: Yeni İntibah" adlı yenidənqurma layihəsinin həyata keçirilməsi zəruridir".
Direktor muzey təhlükəsizliyi ilə bağlı bildirib ki, 2027-ci ilin yanvar ayından etibarən Luvr üçün yeni video nəzarət sisteminin qurulması planlaşdırılır.
Gülşən Şərif
Bakı 



