• Bakı 25° C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

İsrail mediası: Müctəba Xamenei ölkəni tərk edib

DÜNYA

19 Iyul 2026 | 18:12

İsrail mediası: Müctəba Xamenei ölkəni tərk edib

İranın yeni Ali rəhbəri  Müctəba Xamenei ölkəni tərk edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu İsrailin təhlükəsizlik dairələrindəki mənbə “Al Hadath” telekanalına bildirib.

Mənbədən verilən məlumata görə, Müctəba Xameneinin adından yayımlanan bəyanatlar əslində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) yüksək vəzifəli nümayəndələri, o cümlədən Vahidi tərəfindən hazırlanır.

Mənbəyə görə, Müctəba Xameneinin İranda olmaması ölkə rəhbərliyində ciddi fikir ayrılıqları və idarəetmə problemləri olduğunu göstərir.

Həmçinin Tehranın Tel-Əvivdə yüksək vəzifəli israilli rəsmilərə qarşı əməliyyat hazırladığı iddia edilir. Bildirilir ki, bu plan İranın mərhum ali lideri Əli Xameneinin öldürülməsinə cavab məqsədi daşıyır.

İran rəsmiləri isə sözügedən iddialarla bağlı hələlik açıqlama verməyiblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026