• Bakı 27° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.9589

    RUB - 2.334

İsrail cənubi Livandan çıxmır - Netanyahudan bəyanat

DÜNYA

19 Iyun 2026 | 18:57

İsrail cənubi Livandan çıxmır - Netanyahudan bəyanat

"İsrailin Livan ərazisindəki hərbçilərinə qarşı "Hizbullah" hərəkatının atdığı istənilən addıma və endirdiyi zərbələrə adekvat reaksiya veriləcək".

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O, xüsusilə vurğulayıb ki, ölkəsinin ordusu Livanın cənubundan çıxmaq fikrində deyil.

Baş nazirin sözlərinə görə, müdafiə naziri İsrael Kats və ordunun Baş Qərargah rəisi Eyal Zamirlə birlikdə Livana endirilən gecə zərbələrindən sonrakı vəziyyəti dəyərləndirmək məqsədilə müşavirə keçirib.

"Mənim göstərişim tamamilə aydındır: İsrail dövləti hərbçilərimizə və ya ərazimizə edilən hücumlarla barışmayacaq, "Hizbullah"ı bu əməllərinə görə ən ağır bədəli ödəməyə məcbur edəcək. İsrail ordusu qüvvələrimizə və torpaqlarımıza yönələn hər cür təhlükənin qarşısını almaq üçün lazımi tədbirləri görəcək.

İsrailin şimalındakı yaşayış məntəqələrinin müdafiəsi üçün nə qədər vaxt tələb olunarsa, ordumuz cənubi Livandakı təhlükəsizlik zonasında bir o qədər də qalacaq", - deyə baş nazir bildirib.

Netanyahu bildirib ki, gecə və səhər saatlarında "Hizbullah"ın obyektinə endirilən silsilə zərbələr Livanın cənubunda İsrail tankçılarına edilən hücuma cavab xarakteri daşıyıb.

Qeyd edək ki, həmin hərbi toqquşma zamanı polkovnik rütbəli tabor komandiri də daxil olmaqla, dörd israilli hərbçi həlak olub.

Hökumət rəhbəri fikrini bu sözlərlə yekunlaşdırıb:

"Hizbullah"ın atəşkəs rejimini kobud şəkildə pozan bu dəhşətli hücumundan sonra, ötən gecə mən İsrail ordusuna onlara güclü zərbə endirmək əmri verdim".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR