• Bakı 20° C

    3.61 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

ABŞ-ın uydurma ittihamlarının məqsədi budur - Diaz

DÜNYA

21 May 2026 | 00:52

ABŞ-ın uydurma ittihamlarının məqsədi budur - Diaz

ABŞ hökumətinin Kuba inqilabının liderlərindən biri olan Raul Kastro barəsində irəli sürdüyü uydurma ittihamların heç bir hüquqi əsası yoxdur və Vaşinqtonun Kubaya qarşı potensial hərbi təcavüzünün düşüncəsizliyini əsaslandırmaq məqsədi daşıyır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Kuba Prezidenti Migel Diaz-Kanel bildirib.

“Bu, heç bir hüquqi əsası olmayan siyasi addımdır və yalnız onların uydurduqları işi gücləndirməyə yönəlib. Məqsəd Kubaya qarşı düşüncəsiz hərbi təcavüzü əsaslandırmaqdır”, — deyə o, X sosial şəbəkəsində yazıb.

Kuba prezidenti əlavə edib ki, ABŞ 1996-cı ildə "Xilasetmə qardaşları" (Brothers to the Rescue) narkoterrorçu təşkilatın təyyarələri ilə bağlı insident ətrafında yalan danışır və hadisələri manipulyasiya edir.

Qeyd edək ki, ABŞ Kubanın keçmiş prezidenti Raul Kastroya qarşı ittiham irəli sürüb.


SON XƏBƏRLƏR

20 May 2026