• Bakı 26° C

    3.67 m/s

  • USD - 1.7

    EUR - 1.9589

    RUB - 2.334

Tramp Kubada əməliyyat ehtimalını istisna etməyib

DÜNYA

19 Iyun 2026 | 23:46

Tramp Kubada əməliyyat ehtimalını istisna etməyib

ABŞ Prezidenti Donald Tramp Kubada Venesuela ssenarisinə bənzər əməliyyatın mümkünlüyünü istisna etməyib.

Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə “Axios” nəşrinə müsahibəsində danışıb.

Kubada belə bir əməliyyatın mümkün olub-olmaması ilə bağlı suala cavabında o, “bu, mümkündür” deyib.

ABŞ Prezidenti qeyd edib ki, Kuba və Venesuela ABŞ-a İranla müqayisədə daha yaxındır. Onun sözlərinə görə, İrana uçuş uzun müddət tələb etdiyi halda, Venesuela nisbətən yaxın, Kuba isə ABŞ sahillərindən qısa məsafədə yerləşir.

Tramp, həmçinin Dövlət katibi Marko Rubionun Kuba siyasətinin formalaşdırılmasında fəal rol oynadığını vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Iyun 2026