• Bakı 25° C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Oğuzhan Uğurun həbsindən sonra Serdar Ortaçın konserti ləğv edildi

DÜNYA

19 Iyul 2026 | 21:26

Oğuzhan Uğurun həbsindən sonra Serdar Ortaçın konserti ləğv edildi

Oğuzhan Uğurun təşkil etdiyi “Saygı 1: Serdar Ortaç” layihəsi çərçivəsində keçirilməsi planlaşdırılan Serdar Ortaç konserti ləğv edilib.

Bakıvaxtı.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, qərar “Ahbap Dərnəyi” ilə bağlı istintaq çərçivəsində müğənni Oğuzhan Uğurun saxlanılmasından sonra verilib.

Sərdar Ortaç bildirib ki, avqustun 4-də İstanbulun Yenikapı meydanında keçirilməsi nəzərdə tutulan “Saygı 1: Serdar Ortaç” tədbiri baş tutmayacaq. 

Bunun əvəzində o həmin tarixdə və eyni məkanda “Serdar Ortaç Konserti” adı ilə səhnəyə çıxacaq.
Müğənni qeyd edib ki, konsertdə sürpriz sənətçi dostları da iştirak edəcəklər.

Xatırladaq ki, Türkiyədə “YouTube” platforması üzərindən yayımlanan “Babala TV”nin təsisçisi Oğuzhan Uğur “Ahbap” Dərnəyinin fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində tutulub. Onunla birlikdə ümumilikdə 8 nəfərin saxlanıldığı qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026