• Bakı 18° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Müharibədə daha bir azərbaycanlı həlak oldu - Nəşi tapılmır

DÜNYA

19 Iyun 2026 | 20:48 | Müəllif: Subhan Mahmudov

Müharibədə daha bir azərbaycanlı həlak oldu - Nəşi tapılmır

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı vəfat edib.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən  xəbər verir ki, Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü Xəyal Məmmədov Rusiya tərəfindən döyüşlərdə iştirak edib və o dron hücumu zamanı həlak olub.

Təxminən iki ay öncə Rusiyaya gedən X. Məmmədovla yaxınları sonuncu dəfə ötən ayın 4-ü danışıblar.

Onun ailə üzvləri Rusiyaya getsələr də,  nəşinin harada plmasına dair xəbər ala bilmirlər.

Onların sözlərinə görə, ailəyə Rusiya tərəfindən nəzərdə tutulan vəsait də ödənilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026