Bakı–Tbilisi–Bakı marşrutu üzrə gediş haqqı məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, qiymət məsafədən və komfort sinfindən asılı olaraq formalaşıb. Komfort sinfi üzrə qiymətlər 51 manatdan başlayır.
Bir istiqamət üzrə minimum tarif Bakı–Tbilisi marşrutu üçün 81 manatdır. Yevlaxdan Tbilisiyə 67 manat, Gəncədən Tbilisiyə 62 manat, Ağstafadan Tbilisiyə 57 manat, Böyük Kəsikdən Qardabaniyə isə 51 manat təşkil edəcək.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan hökumətləri arasında Birgə Kommünikeyə əsasən, 26 may 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq.
Bakı 




