• Bakı 20° C

    3.61 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

Türkiyə millisinin keçmiş hücumçusunun 10 il həbsi istənilir

İDMAN

21 May 2026 | 00:15

Türkiyə millisinin keçmiş hücumçusunun 10 il həbsi istənilir

"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" istintaqı çərçivəsində həbs edilmiş Türkiyə millisinin və "Qalatasaray" klubunun sabiq futbolçusu Ümit Karan barəsində 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb edilib.

Bakıvaxtı.az DHA agentliyinə istinadən xəbər verir ki, İstanbul Prokurorluğu tərəfindən hazırlanan ittihamnamədə keçmiş hücumçuya qarşı "narkotik vasitələrin ticarəti" ittihamı irəli sürülüb.

Sənəddə Karanın əldə etdiyi narkotik maddələri başqalarına ötürərək bu cinayəti "zəncirvari şəkildə" törətdiyi qeyd olunub. Futbolçu ona qarşı irəli sürülmüş bütün ittihamları rədd edib.

Həbs qətimkan tədbiri davam edən Karanın yaxın günlərdə hakim qarşısına çıxarılması gözlənilir.


SON XƏBƏRLƏR

20 May 2026