“Milan” və “Barselona”nın keçmiş hücumçusu Kevin-Prins Boatenq səs-küylü bəyanatla çıxış edərək Portuqaliya millisinin Kriştianu Ronaldosuz daha effektiv oynayacağını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Portuqaliyanın nüfuzlu “A Bola” nəşri məlumat yayıb.
Boatenqin sözlərinə görə, portuqaliyalıların lideri meydanda olduğu zaman yaratdığı nəhəng təzyiq səbəbindən gənc futbolçuların özlərini göstərməsinə mane olur:
“Əgər Ronaldo komanda oyunçusu olsaydı, bir kənara çəkilər və gənclərə öz bacarıqlarını nümayiş etdirməyə imkan verərdi. Portuqaliya onsuz daha yaxşı təsir bağışlayır”.
Sabiq futbolçu alternativ həll yolu kimi Portuqaliya yığmasının baş məşqçisi Roberto Martinesin qərargahına maraqlı məsləhət də verib. O, Ronaldonu yalnız ciddi ehtiyac yarandıqda, matçların son 15-20 dəqiqəsində nəticəni təmin etmək üçün meydana buraxmağı təklif edib.
Qeyd edək ki, Konqo Demokratik Respublikasına qarşı keçirilən və 1:1 hesablı bərabərliklə başa çatan son oyunda Ronaldo statistik göstəricilərə görə matçın ən pislərindən biri seçilib və heç bir effektiv fəaliyyətlə yadda qalmayıb.
Bakı 



