q
  • Bakı 11° C

    12.12 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Gəncə şəhər stadionu ilə bağlı VACİB XƏBƏR

İDMAN

20 Aprel 2026 | 12:14

Gəncə şəhər stadionu ilə bağlı VACİB XƏBƏR

"Kəpəz" klubunun cari mövsümdə ev oyunlarından birinin Gəncə şəhər stadionunda keçirməsi ot örtüyünün hazır olmasından asılıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Gəncə klubunun Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov bildirib.

O, arena hazır vəziyyətdə olsa, Peşəkar Futbol Liqasına (PFL) müraciət edəcəklərini söyləyib:

"Stadion Gənclər və İdman Nazirliyinin balansındadır. Kluba rəsmi olaraq "Neftçi" ilə matça hazır olacağı ilə bağlı söz deyilməyib. Rəsmi deyilsə ki, həmin vaxtadək hazır olacaq, biz də PFL-ə müraciət edəcəyik".

PFL-in Media və marketinq direktoru Sənan Abdullayev də "Report"a açıqlamasında "Kəpəz" klubu tərəfindən quruma stadionun təftiş olunması ilə bağlı hər hansı müraciət daxil olmadığını bildirib

Xatırldaq ki, "Kəpəz" "Neftçi" ilə Misli Premyer Liqasının sonuncu - XXXIII turunda qarşılaşacaq. Həmin matç mayın sonuna planlaşdırılır.

Qeyd edək ki, Gəncə şəhər stadionunda aparılan yenidənqurma səbəbindən "Kəpəz" artıq üç mövsümdür ki, doğma meydanından kənarda çıxış edir. Komanda ev qarşılaşmalarını müvafiq olaraq Qəbələ, Tovuz və Yevlax şəhərlərində keçirir.


SON XƏBƏRLƏR

19 Aprel 2026