• Bakı 19° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

Antonio Konte mövsümün sonunda "Napoli"dən ayrılacaq

İDMAN

19 May 2026 | 20:41

Antonio Konte mövsümün sonunda Napolidən ayrılacaq

İtaliyanın "Napoli" klubunun baş məşqçisi Antonio Konte mövsümün sonunda vəzifəsindən ayrılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

A Seriyasında mövsümün başa çatmasına bir tur qalmış "Napoli" turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Neapol təmsilçisi çempionluq şansını itirsə də, UEFA Çempionlar Liqasına vəsiqəni təmin edib.

56 yaşlı mütəxəssis 2024-cü ildən "Napoli"ni çalışdırır. Onun rəhbərliyi altında komanda İtaliya çempionu olub və Ölkə Superkubokunu qazanıb.

Antonio Konte daha əvvəl "Yuventus"la üç dəfə A Seriyasının qalibi olub. O, həmçinin "İnter"i bir dəfə ölkə çempionluğuna daşıyıb. İtaliyalı baş məşqçi İngiltərənin "Çelsi" klubu ilə Premyer Liqa və İngiltərə Kubokunun qalibi adını qazanıb.


SON XƏBƏRLƏR

19 May 2026