q
  • Bakı 11° C

    12.12 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Qazaxdakı qəzada yaralananların durumu - YENİLƏNİB

HADİSƏ

20 Aprel 2026 | 10:51

Qazaxdakı qəzada yaralananların durumu - YENİLƏNİB

Bakı-Qazax magistral yolunun rayonun İkinci Şıxlı kəndindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər (bir kişi, iki qadın) aprelin 20-də saat 01:00 -da Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Hər birinə zəruri tibbi xidmət göstərilib. Bədənin müxtəlif nahiyələrinin travması diaqnozu təyin olunan iki nəfərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir və vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

Xəsarət alan daha bir nəfər isə (qadın) ilkin tibbi xidmət göstərildikdən sonra Gəncə şəhərində yerləşən özəl tibb müəssisəsinə təxliyə olunub", - deyə məlumatda bildirilir.

***

09:16

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, apa-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun İkinci Şıxlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki Qazax rayon sakini 2006-cı il təvəllüdlü R.Hacımahmudov atasına məxsus "Mercedes "markalı minik maşını ilə hərəkətdə olarkən yol kənarında dayanan İran vətəndaşı 1995-ci il təvəllüdlü E.Amirdirə məxsus "Volvo" markalı TIR-a çırpılıb, nəticədə minik maşını deformasiyaya uğrayıb.

    Qəza zamanı minik avtomobilinin sürücü 2006-cı il təvəllüdlü R.Hacımahmudov, onun sərnişinləri 2010-cu il təvəllüdlü G.Məmmədova və 1998-ci il təvəllüdlü V.Göyüşova xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, xəsarət alanlardan 2010-cu il təvəllüdlü G.Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir.

    Məlumata görə minik maşını toydan qayıdan zaman qəzaya düşüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    19 Aprel 2026