q
  • Bakı 11° C

    12.12 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Azərbaycanda xalça istehsalı artdı

CƏMİYYƏT

20 Aprel 2026 | 11:11

Azərbaycanda xalça istehsalı artdı

Bu ilin I rübündə Azərbaycanda 15,1 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 dəfə çoxdur.

    Aprel ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 5 min kvadratmetr təşkil edib.

    Qeyd edək ki, hesabat dövründə Azərbaycandan xarici bazarlara 60,1 min ABŞ dolları dəyərində xalçalar və digər toxunma döşəmə örtükləri ixrac edilib. Bu, ötən ilin müvafiq dövrünə nisbətdə 3,5 dəfə çoxdur. Ölkəyə idxal edilən xalça və digər toxunma döşəmə örtüklərinin dəyəri isə 4 milyard 617.37 min ABŞ dollar təşkil edib ki, bu da illik müqayisədə 1,9 faiz azdır.

    Onu da bildirək ki, cari ilin yanvar-fevral aylarının statistikasına görə, Azərbaycana xalçalar, əsasən, Çin, İran və Türkiyədən idxal olunub.


    SON XƏBƏRLƏR

    19 Aprel 2026