q
  • Bakı 11° C

    12.12 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Bəqayi: Hindistan gəmilərinə atəş açılması məsələsi araşdırılır

DÜNYA

20 Aprel 2026 | 12:15

Bəqayi: Hindistan gəmilərinə atəş açılması məsələsi araşdırılır

İran ordusunun Hindistana məxsus gəmilərə atəş açıb-açmaması məsələsi araşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü brifinqdə deyib.

O bildirib ki, ölkənin bütün strukturları hər bir prosesi tam ayıqlıqla izləyir.

XİN sözçüsü atəşkəsin uzadılması ilə bağlı suala cavabında qeyd edib ki, İran milli maraqların təmin olunması məsələsində heç bir son tarix və ultimatum qəbul etmir:

“Bu müharibəni biz başlamamışıq. Düşmənin hücumundan sonra ölkənin müdafiəsi üçün hərəkətə keçmişik və İranın maraqları tələb etdiyi müddətdə müdafiəni davam etdirəcəyimizi bəyan etmişik”.

O vurğulayıb ki, əgər ABŞ və İsrail yeni addımlar atsalar, İran Silahlı Qüvvələri bütün imkanları ilə cavab verməyə hazırdır. /apa


SON XƏBƏRLƏR

19 Aprel 2026