Malatyada baş verən güclü zəlzələ Elazığ bölgəsində də hiss olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat verib.
Məlumata görə, Elazığda bəzi vətəndaşlar evlərini və iş yerlərini tərk edərək küçələrə çıxıblar.
***
10:32
Türkiyənin Malatya vilayətində 5,6 maqnitudalı zəlzələ olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd edilib ki, yeraltı təkan Battalqazi rayonunda qeydə alınıb.
Zəlzələ ocağının dərinliyi 7 kilometrdir.
Bakı 




