q
  • Bakı 11° C

    12.12 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Tanınmış aktyor və həyat yoldaşı bir-birini ÖLDÜRDÜ

ŞOU

20 Aprel 2026 | 11:24

Tanınmış aktyor və həyat yoldaşı bir-birini ÖLDÜRDÜ

Moskva vilayətində yerləşən Mıtişi şəhərində baş verən faciə nəticəsində gənc ailə həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, Mıtişi “Fest” Teatrının 28 yaşlı aktyoru Vladislav Benqraf və həmin teatrın makiyaj şöbəsinin 23 yaşlı rəhbəri, onun həyat yoldaşı Yevgeniya mənzillərində baş verən qanlı münaqişə zamanı ölüblər.

Moskva Vilayət Prokurorluğunun məlumatına görə, hadisə aprelin 19-na keçən gecə baş verib. İlkin məlumata əsasən, mübahisə qadının boşanmaq üçün ərizə vermək niyyəti səbəbindən yaranıb.

Sözlü münaqişə qısa müddətdə bıçaqlı davaya çevrilib. Bildirilir ki, kişi həyat yoldaşının boyun və sinə nahiyəsinə bir neçə zərbə endirib. İstintaqın versiyasına görə, qadın özünü müdafiə etmək üçün bıçaq götürüb. Nəticədə hər iki tərəf ağır yaralanıb və təcili yardım gələnə qədər hadisə yerində ölüb.

Qonşular mənzildən gələn səs-küy və qışqırıqları eşitdikdən sonra hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Cütlüyə yaxın şəxslərin sözlərinə görə, onların münasibətləri uzun müddətdir gərgin olub. İddia edilir ki, qadın ərinin davranışlarına görə ciddi emosional stress yaşayırdı. Münaqişələr tez-tez təkrarlanır, lakin sonradan barışıq baş verirdi. Son vaxtlar isə qadının ayrılmaq qərarı verdiyi bildirilir.

Məlumata görə, hadisədən bir gün əvvəl Yevgeniya dostlarının məclisində olub. Həmin gün Vladislav isə müvəqqəti qaldığı qayınanasının evindən çıxaraq əvvəlcə teatra, daha sonra dostları ilə görüşə gedib. Sonradan isə faciənin baş verdiyi Mıtişidəki mənzilə yollanıb.

Hər iki şəxs “Fest” Teatrı ilə bağlı olub. Vladislav Benqraf müxtəlif tamaşalarda, o cümlədən “Sirano de Berjerak” və “Mafioso” səhnə əsərlərində çıxış edib. Yevgeniya isə qrim şöbəsinə rəhbərlik etməklə yanaşı, teatr truppasında da fəaliyyət göstərib.


SON XƏBƏRLƏR

19 Aprel 2026