q
  • Bakı 11° C

    12.12 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Yarışda faciə - Azarkeşlərdən biri öldü

DÜNYA

20 Aprel 2026 | 13:02

Yarışda faciə - Azarkeşlərdən biri öldü

Argentinanın Mina Klavero şəhərində keçirilən Cənubi Amerika Rallisinin əsas mərhələsində faciə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Paraqvaylı Didier Arias və Hektor Nunezin idarə etdiyi “Volkswagen Polo” avtomobili yoldan çıxaraq azarkeşlərin toplaşdığı yerə çırpılıb. 

Nəticədə azarkeşlərdən biri ölüb. Bir neçə nəfər isə xəstəxanaya yerləşdirilib. 

Təşkilatçılar yarışı ləğv ediblər. 


SON XƏBƏRLƏR