q
  • Bakı 11° C

    12.12 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Ukrayna rus gəmilərinə zərbələr endirdi

DÜNYA

20 Aprel 2026 | 10:58

Ukrayna rus gəmilərinə zərbələr endirdi

Ukrayna ordusu Krımda Rusiyanın Qara dəniz donanmasına məxsus iki böyük desant gəmisinə zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

    Məlumata görə, Nazirliyin “Prizraklar” adlı xüsusi bölməsi bu gecə həm iki desant gəmisini sıradan çıxarıb, həm də radiolokasiya stansiyasını məhv edib.

    Hədəf alınan gəmilər Rusiyanın Qara dəniz donanmasına məxsus “Yamal” və “Nikolay Filçenkov” böyük desant gəmiləri olub.

    Məlumata əsasən, zərbə zamanı sözügedən gəmilər Sevastopol buxtasında olub.

    Bildirilir ki, əməliyyat nəticəsində Rusiya donanmasına təxminən 150 milyon dollar məbləğində ziyan dəyib.


    SON XƏBƏRLƏR

    19 Aprel 2026