q
  • Bakı 11° C

    10.85 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

Ukraynadan gətirilən toyuq məhsulunda uyğunsuzluq aşkarlandı - FOTO

CƏMİYYƏT

20 Aprel 2026 | 15:48

Ukraynadan gətirilən toyuq məhsulunda uyğunsuzluq aşkarlandı - FOTO

Ukraynadan Azərbaycana idxal olunan 4,9 ton dondurulmuş toyuq məhsulunda (16.02.2026-16.02.2028 istehsal və son istifadə tarixli) uyğunsuzluq aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, laborator müayinələr nəticəsində məhsulda "salmonella" (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakterial infeksiya - red) aşkarlanıb.

Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istehsalçı müəssisədən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.


SON XƏBƏRLƏR