q
  • Bakı 11° C

    8.25 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

Avropalı deputatların addımı: Sülh prosesinə yeni təzyiq

SİYASƏT

20 Aprel 2026 | 17:22

Avropalı deputatların addımı: Sülh prosesinə yeni təzyiq

“Niderland və Belçika parlamentlərinin nümayəndələr palataları yenə Azərbaycan əleyhinə qətnamələrlə gündəmə gəliblər”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Zaur Məmmədov deyib.

Ekspertin sözlərinə görə, Niderland parlamentinin nümayəndələr palatası deputat Don Sederin təklifi ilə Bakıda Azərbaycana və onun vətəndaşlarına qarşı cinayətlər törətməkdə təqsirli bilinərək həbs edilən erməni terrorçuları və qondarma erməni soyqırımının tanınması haqqında sənədlə hökumətə müraciət edib:

“Elə həmin gün Belçika parlamentinin nümayəndələr palatası deputat Mişel de Maqdanın oxşar məzmunlu sənədini qəbul edib. Sənəddə həmçinin Azərbaycanı könüllü tərk etmiş Qarabağ ermənilərinin geri qaytarılması tələb olunur.

Maraqlıdır, Don Sender və Mişel de Maqda Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin olduğu bir vaxtda hansı dövlətin maraqlarını müdafiə edirlər? Doğrudandanmı, onlar hesab edirlər ki, bu gün Cənubi Qafqazdakı proseslərə bu cür kobud şəkildə müdaxilə və Bakı-İrəvan arasında davam etməkdə olan sülh prosesinə xələl gətirmək Niderland, Belçika və Aİ maraqlarına cavab verir?

Zaur Məmmədov, siyasi şərhçi

Müsahibimiz qeyd edib ki, beləcə, bir daha böyük şahmat taxtasında kiçik piyadalar vasitəsilə bəzilərinin gedişlər etdiyinə şahidlik etməkdəyik:

“Azərbaycan isə son illərdə böyük arenada mühüm gedişlər edərək bu cür qondarma dinləmələrin ancaq boş ümid olduğunu göstərib”.

Aydın Baxış


SON XƏBƏRLƏR