ABŞ Prezidenti Donald Trampın qeyri-qanuni qızı olduğunu iddia edən Necla Tramp bütün dünyanı şoka salan açıqlama verib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, o, ABŞ, İsrail və İrana müraciət edib:
“Aranızdakı Hörmüz boğazı ilə bağlı mübahisəni həll edə bilərəm. Bu, həll olunmayacaq məsələ deyil. Hətta bir gündən də çox çəkməz".
O, hər iki tərəfin qəbul edəcəyi ortaq nöqtəni bildiyini vurğulayıb:
"Danışıqlara qoşula bilsəm onları çox yaxşı şəkildə uzlaşdıra bilərəm. Cavabınızı gözləyirəm".
"Bu münaqişə bitməlidir, çünki təsirləri bütün ölkələr tərəfindən hiss olunur", - deyə Necla Tramp qeyd edib.
Zeynəb Rzayeva
Bakı 




