q
  • Bakı 12° C

    8.25 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

İntensiv yağış yağır - FAKTİKİ HAVA

CƏMİYYƏT

20 Aprel 2026 | 17:25

İntensiv yağış yağır - FAKTİKİ HAVA

Azərbaycanln bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Yağıntılar bəzi yerlərdə intensiv xarakterlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 20-si saat 17:00 olan məlumatında qeyd edilib.

Belə ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Daşkəsən, Gədəbəy, Tərtər, Bərdə, Naftalan, Göygöl, Gəncə, Şəmkir, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Xızı, Quba, Şabran, Mingəçevir, Göyçay, Zərdab, Neftçala, Yardımlıda arabir yağış yağır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 21, Goranboyda 19, Naftalanda 18 m/s-dək güclənir.


SON XƏBƏRLƏR