q
  • Bakı 11° C

    10.85 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

ƏMAS-da daha bir funksionallıq istifadəyə verildi

CƏMİYYƏT

20 Aprel 2026 | 15:45

ƏMAS-da daha bir funksionallıq istifadəyə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) yeni funksionallıq istifadəyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət satınalmalarında iştirakla bağlı “Uyğunluğa dair sənədlər toplusu”nda nəzərdə tutulan və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq təqdim edilən arayış artıq elektron qaydada işəgötürənlərə təqdim olunur.

"Sözügedən arayış “Son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati cərimənin tətbiq edilməsi” hallarına dair məlumatları əhatə edir.

Arayışları əldə etmək üçün istifadəçilər ƏMAS platformasında “İşəgötürənlər üzrə arayışlar” bölməsinə daxil olaraq “İnzibati cərimələr haqqında arayış” altbölməsini seçməli və “Yeni arayış” düyməsini sıxmalıdırlar.

Bu imkanın yaradılması işəgötürənlərin, xüsusilə tender sənədlərinin hazırlanması və təqdim edilməsi prosesində vaxt itkisinin qarşısının alınmasına və prosedurların daha da sadələşdirilməsinə xidmət edir", - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR