Parlament seçkilərində qalib gələn “Tisa” partiyasının sədri və Macarıstanın gələcək baş naziri olacaq Peter Madyar xarici işlər naziri vəzifəsinə Anita Orbanın namizədliyini irəli sürüb.
Bakıvaxtı.az xəbər verir ki, Madyar bu barədə gələcək parlamentdə partiyasının fraksiyasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
Həmçinin o, Macarıstanın iqtisadiyyat və energetika naziri vəzifəsinə İştvan Kapitanının, müdafiə naziri vəzifəsinə isə Romulus Rusin-Sandinin namizədliklərini irəli sürüb.Teleqraf
Bakı 




