• Bakı 18° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Toydan qayıdarkən qəzaya düşüb ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdi - YENİLƏNİB

HADİSƏ

30 Iyun 2023 | 22:38

Toydan qayıdarkən qəzaya düşüb ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdi - YENİLƏNİB

Ağstafada avtomobil qəzası nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşib.

Bakıvaxtı.az xəbər verir ki, minik avtomobili ilə avtobusun toqquşması nəticəsində, Tovuz rayon Cəlilli kənd sakini, 1970-ci il təvəllüdlü Abbasova Səringül İsfəndiyar qızı hadisə yerində dünyasını dəyişib.

Daha 3 nəfər, Tovuz rayon Cəlilli kənd sakinləri, 1969-cu il təvəllüdlü Bəsdi Firqələr qızı Məmmədova, 1969-cu il təvəllüdlü Məmmədov Saxavət İsfəndiyar oğlu və 1993-cü il təvəllüdlü Məmmədov Fuad Sübhan oğlu müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

22:20

Ağstafada toydan qayıdanlar avtomobil qəzasına düşüb, ölən və xəsarət alanlar var.

Bakıvaxtı.az xəbər verir ki, avtomobil qəzasında bir nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026