• Bakı 15° C

    0.49 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Əvvəlcə həyat yoldaşını, sonra qayınatasını bıçaqladı - Daşkəsəndə ŞOK CİNAYƏT - YENİLƏNİB

HADİSƏ

29 Iyul 2023 | 20:50 | Müəllif: Subhan Mahmudov

Əvvəlcə həyat yoldaşını, sonra qayınatasını bıçaqladı - Daşkəsəndə ŞOK CİNAYƏT - YENİLƏNİB

Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Bayan kənd sakinləri - 1965-ci il təvəllüdlü İ. Quliyev və onun qızı 1997-ci il təvəllüdlü A. Quliyevanın bədənin kəsilmiş-deşilmiş yaraları alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərə kəsici alətlə xəsarət yetirən şəxsin Röyal Allahverdiyev olması müəyyən edilib.

Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir

 

20:34

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az bildirir ki, hadisə rayonun Bayan kəndində qeydə alınıb.

1965-ci il təvəllüdlü İsa Quliyev və onun qızı, 1997-ci il təvəllüdlü Aytən Quliyev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal hər iki xəstə əməliyyat edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə hadisəni ailənin kürəkəni törədib.

Polis araşdırma aparır./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR