• Bakı 18° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

"Binə" və "Sədərək" ticarət mərkəzlərini su basdı - VİDEO

HADİSƏ

28 Avqust 2023 | 09:23 | Müəllif: Subhan Mahmudov

"Binə" və "Sədərək" ticarət mərkəzlərini su basdı - VİDEO

"Binə” və “Sədərək” ticarət mərkəzlərinin ərazisini su basıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, FHN-in "112" qaynar telefon xəttinə, intensiv yağıntılarla əlaqədar paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” və “Sədərək” ticarət mərkəzlərinin ərazisinin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.

Bununla əlaqədar olaraq nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri ərazilərə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Hal-hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilir.
 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR