• Bakı 15° C

    1.18 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Yaşayış binasında partlayış oldu - Xəsarət alanlar var - FOTO

HADİSƏ

26 Sentyabr 2023 | 16:46

Yaşayış binasında partlayış oldu - Xəsarət alanlar var - FOTO

Bərdə rayonunda çoxmənzilli yaşayış evində iki nəfərin xəsarət alması ilə nəticələnən partlayış olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayon ərazisində məcburi köçkünlərin məskunlaşdığı 866 saylı qəsəbədə 13 saylı binada qeydə alınıb.

Partlayışın ev sahibinin qaz borusunda apardığı təmir işləri zamanı baş verdiyi deyilir.

Qeyd edək ki, hadisə zamanı ev sahibi Cəfərov Sadiq Allahverdi oğlu və həyat yoldaşı müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Yaşayış binasında partlayış oldu - Xəsarət alanlar var - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026