• Bakı 18° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Tərtərdə traktorçu minaya düşdü: Qolu amputasiya edildi - YENİLƏNİB

HADİSƏ

26 Oktyabr 2023 | 09:12 | Müəllif: Qalib İbrahimoğlu

Tərtərdə traktorçu minaya düşdü: Qolu amputasiya edildi - YENİLƏNİB

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunun işğaldan azad olmuş hissəsində baş verən mina partlayışı barədə məlumat yayıb.

Qurumdan Bakıvaxtı.az-a verilən məlumatda bildirilib ki, 2023-cü il 26 oktyabr tarixində Tərtər rayonunun işğaldan azad olmuş hissəsində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

"Məlumata əsasən tank əleyhinə mina partlayışı nəticəsində traktorla əkin işləri aparan traktorçu 1970-ci il təvəllüdlü Cəlilabad rayon sakini Nurəliyev Elçin Xanbala oğlu xəsarət alıb. Xəsarət alan şəxsin sağ qolu amputasiya edilib.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!", - deyə məlumatda vurğulanıb.

***

08:34

Oktyabrın 26-da səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Nurəliyev Elçin Xanbaba oğlunun minaya düşməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib.

Məlumata görə, vətəndaş ərazidən çıxarılaraq xəstəxanaya çatdırılıb. Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib.

Hadisə əkin sahəsində iş prosesi vaxtı baş verib.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR