• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Zaqatalada ağır qəza - Xəsarət alanlar var

HADİSƏ

29 Iyul 2023 | 18:00

Zaqatalada ağır qəza - Xəsarət alanlar var

Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Makov kəndi ərazisindən keçən hissəsində baş verib.

“VAZ 2106” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 2007-ci il təvəllüdlü Sənan Səməd oğlu Mahmudov və 1985-ci il təvəllüdlü Günel Ramazan qız Sofiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR