• Bakı 19° C

    1.86 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Culfada avtomobil yandı

HADİSƏ

29 Iyul 2023 | 17:33

Culfada avtomobil yandı

Naxçıvan Muxtar Respublikası Culfa rayonu ərazisində avtomobil yanıb.

Bakıvaxtı.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa rayon ərazisində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Culfa Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində "LADA (VAZ) Oka” markalı minik avtomobilinin mühərrik bölməsində baş vermiş yanğın qısa müddətdə söndürülərək avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin mühərrik bölməsində bəzi detallar yanıb, avtomobil yanğından mühafizə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR