• Bakı 16° C

    0.32 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Bakı-Qazax yolunda ağır qəza - Ölənlər var

HADİSƏ

30 Iyul 2023 | 09:45 | Müəllif: Subhan Mahmudov

Bakı-Qazax yolunda ağır qəza - Ölənlər var

Bakı-Qazax avtomobil yolunda ağır qəza olub.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Kürdəmir rayonu, Ərşəli kəndi yaxınlığında (Bakı-Qazax avtomobil yolunun 180-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

"Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Ford" və "KamAZ" markalı iki yük avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib", - deyə qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR