• Bakı 16° C

    0.32 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Xaçmazdakı kütləvi davada qohumlar bıçaqlandı

HADİSƏ

28 Avqust 2023 | 23:48

Xaçmazdakı kütləvi davada qohumlar bıçaqlandı

Xaçmaz rayonunda kütləvi dava olub, iki qohum xəsarət alıb.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, Xaçmaz şəhər sakini, 2003-cü il təvəllüdlü Hacıyev Abgül Rövşən oğlu və onun bibisi oğlu, Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan 2007-ci il təvəllüdlü Xasməmmədov Nicat Dəyanət oğlunun "Zəfər" parkında tanımadıqları şəxslərlə aralarında mübahisələri düşüb.

Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.

Nəticədə qohumlar müxtəlif dərəcəli bıçaq xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR