Bakının Sabunçu və Nərimanov rayonlarında yanğın olib.
Bu barədə Bakıvaxtı.az-a Trend Fövqəladə Hallar Naziriliyindən bildirilib.
Məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin mətbəxində 1 ədəd paltaryuyan, 1 ədəd qaz sobası, və mətbəx mebeli 1 p.m yanıb.
Nərimanov rayonunda isə üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan iki otaqlı mənzilin mətbəxində 1 ədəd paltaryuyan, 1 ədəd aspirator, 1 ədəd soyuducu qismən və mətbəx mebeli 2 p.m yanıb.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















