Tanınmış aktyor, Xalq artisti İlham Namiq Kamal nəvəsinin andiçmə mərasimində iştirak edib.
Bakıvaxtı.az xəbər verir ki, aktyor nəvəsinin hərbi and içdiyi mərasimdə onun yanında olub.
Qeyd edək ki, İlham Namiq Kamal Azərbaycanın tanınmış teatr və kino aktyorlarından biridir. 1949-cu ildə Şamaxıda anadan olan sənətkar uzun illər Akademik Milli Dram Teatrı, Dövlət Gənclər Teatrı və Musiqili Komediya Teatrında fəaliyyət göstərib. O, “Qaynana”, “Bəyin oğurlanması”, “Qızıl qaz” və digər ekran əsərlərində yaratdığı obrazlarla tanınır.
İlham Namiq Kamal 2002-ci ildə “Xalq artisti” fəxri adına layiq görülüb, həmçinin “Qızıl Dərviş” mükafatı və Prezident mükafatı ilə təltif olunub.
Mərasimdən bir foto təqdim edirik.
Murad İsmayıl
















