• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Liviyalı diplomat: “Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur”

SİYASƏT

06 Mart 2021 | 12:20

Liviyalı diplomat: “Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur”

Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur. Merdinli kəndində müsəlmanların ibadət yerini - məscidi tövlə kimi istifadə ediblər. Bu əsl vandalizm aktıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Füzuli rayonunun işğaldan azad olunan Merdinli kəndinə səfər edən Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm deyib.

“Mən məscidə daxil olanda onun divarlarında təhqiramiz şəkillər gördüm. Bu addım bütün müsəlmanların dini hisslərini təhqir edir. Nəhayət ki, haqq öz yerini tapdı, Azərbaycan torpaqları işğaldan azad olundu. Mən bütün müsəlmanları buradakı dini abidələrin bərpasına yardıma dəvət edirəm”, - deyə diplomat qeyd edib.(AZƏRTAC)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR