• Bakı 20° C

    2.65 m/s

Həyat yoldaşı üçün həbsxanaya narkotik keçirmək istəyən şəxsin qarşısı alınıb

HADİSƏ

14 Avqust 2025 | 14:59 | Müəllif: Əli Hüseynov

Həyat yoldaşı üçün həbsxanaya narkotik keçirmək istəyən şəxsin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Penitensiar xidmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Bakıvaxtı.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, məhkumun həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 2 ədəd siqaretin içərisində xüsusi üsulla gizlədilmiş həşiş qətranı aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR