• Bakı 17° C

    4.03 m/s

Zelenski Böyük Britaniya kralı ilə Ukraynadakı vəziyyəti müzakirə edib

DÜNYA

24 Oktyabr 2025 | 18:50 | Müəllif: Subhan Mahmudov

Zelenski Böyük Britaniya kralı ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniya kralı III Karl tərəfindən qəbul zamanı ona ölkəsindəki vəziyyət və aktual çağırışlar barədə məlumat verib.

Bakıvaxtı.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətindən bildirilib.

"Ukraynanın dövlət başçısı ölkə xalqının dəstəklənməsində nümayiş etdirilən sabit mövqeyə görə krala və bütün Birləşmiş Krallığa təşəkkürünü bildirib", - məlumatda qeyd olunub.

Bundan başqa, V.Zelenski şahzadə Annanın bu yaxınlarda Kiyevə səfərini və onun müharibədən zərər çəkmiş uşaqları və ailələri əhatə edən vacib humanitar missiyasını qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026