• Bakı 16° C

    2.64 m/s

Zaxarova: Kiyev uşaqlara qarşı terror aktları törədir

DÜNYA, CƏMİYYƏT

18 Fevral 2026 | 09:45 | Müəllif: Zeynəb Rzayeva

Zaxarova: Kiyev uşaqlara qarşı terror aktları törədir

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kiyev hakimiyyətini uşaqları hədəf alan terror aktları törətməkdə ittiham edib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, diplomat bu fikirləri “Sputnik” radiosunun efirində səsləndirib.

O bildirib ki, Ukrayna tərəfi “Lepestok” tipli minaların atılması, pilotsuz uçuş aparatları və hadisə yerlərinə təkrar qayıdış taktikası vasitəsilə terror aktları həyata keçirir. Zaxarovanın sözlərinə görə, hücumlar əsasən uşaq bağçaları, məktəblər, xəstəxanalar, oyun meydançaları və bazarların yerləşdiyi əraziləri hədəf alır.

Zeynəb Rzayeva

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026