q
  • Bakı 22° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Yelo Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

CƏMİYYƏT

12 May 2026 | 21:56

Yelo Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

Yelo kartları ilə bəzi ölkələrdə və platformalarda aparılan əməliyyatlarda məhdudiyyət tətbiq olunub. 

Bkıvaxtı.az "Unikal"a istinadən xəbər verir ki, mayın 11-dən etibarən Mastercard kartlarında ölkə xaricində bütün fiziki, təmassız və onlayn əməliyyatlar, onlayn ödənişlər müvəqqəti olaraq dayandırılıb. 

Bu gündən etibarən isə Visa kartlarında Avropa ölkələrində və Avropa bankları üzərindən işləyən onlayn platformalarda bütün növ əməliyyatlar dayandırılır. 

Məhdudiyyət olacaq ölkələrə daxildir: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Hollandiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Lüksemburq, Lixtenşteyn, İslandiya, Norveç Macarıstan, Malta, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya və Yunanıstan. 


SON XƏBƏRLƏR